Bank Of Baku

Tiflisdə “Regionlarda milli azlıqların inteqrasiya olunması məqsədilə yerli idarəetmə orqanlarının fəaliyyəti” mövzusunda konfrans keçirilir

Tiflisdə “Regionlarda milli azlıqların inteqrasiya olunması məqsədilə yerli idarəetmə orqanlarının fəaliyyəti” mövzusunda konfrans keçirilir
# 15 dekabr 2010 16:40 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtında “Regionlarda milli azlıqların inteqrasiya olunması məqsədilə yerli idarəetmə orqanlarının fəaliyyəti" mövzusunda üç günlük konfrans keçirilir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Yelena Tevdoradze açıb. Sonra infrastruktur və regionların inkişafı üzrə nazir müavini Laşa Qoçeridze, Təhlükəsizlik Şurası katibinin müavini, prezident yanında milli azlıqlar üzrə Şuranın katibi Tamar Kinturaşvili, Avropa Şurasının nümayəndəsi Dmitri Vorşiss və başqaları çıxış ediblər.

Bu gün proqram çərçivəsində konfrans iştirakçıları prezident iqamətgahı ilə tanış olub və Gürcüstan parlamentinin Özünüidarəetmə Komitəsinin sədri Vaxtanq Balavadze ilə görüşüblər. Görüşdə Kvemo-Kartli, Şida Kartli, Samsxet-Cavaxeti, Kaxeti bölgələrindəki hökumət strukturlarında çalışan milli azlıq nümayəndələri, o cümlədən azərbaycanlılar, ermənilər, ləzgilər və digər xalqların nümayəndələri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR