Bank Of Baku

İlqar Hacıyev: “Moskvada baş verən hadisələrdə azərbaycanlılar iştirak etməyib”

İlqar Hacıyev: “Moskvada baş verən hadisələrdə azərbaycanlılar iştirak etməyib”
# 16 dekabr 2010 09:09 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Ümumrusiya Azərbaycan Konqresinin Moskva bölməsinin rəhbəri İlqar Hacıyev deyib. O bildirib ki, Moskvada baş verən hadisələr Şimali Qafqaz xalqlarının nümayəndələri ilə rus millətçiləri arasında olan qarşıdurmadır.

İ. Hacıyev bu günlərdə Moskvada biri bıçaq zərbəsindən, digəri isə odlu silahdan açılan atəşlə yaralanmış azərbaycanlıların vəziyyətinin normal olduğunu söyləyib: “Bu insidentlərin baş verən hadisələrə aidiyyəti yoxdur. Belə hadisələr tez-tez baş verir, biz buna məişət hadisəsi kimi baxırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR