Bank Of Baku

Tiflisdəki Uşaq Evində Heydər Əliyev Fondunun təşəbbüsü ilə xeyriyyəçilik tədbiri keçirilib

Tiflisdəki Uşaq Evində Heydər Əliyev Fondunun təşəbbüsü ilə xeyriyyəçilik tədbiri keçirilib
# 17 dekabr 2010 09:03 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtındakı Uşaq Evində xeyriyyə tədbiri keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycanın Gürcüstandakı səfirliyinin və Gürcüstan İş Adamları İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunub.

Uşaq Evinin direktoru Leyla Katamadze xeyriyyəçilik məqsədilə məktəbə gələn qonaqlara, Heydər Əliyev Fonduna, səfirlik əməkdaşlarına minnətdarlıq edib. Tədbirdə uşaqlar üçün şirniyyat süfrəsi açılıb, onlara gürcü dilində ensiklopediya və fənn kitabları təqdim edilib, bayram hədiyyələri verilib.

Sonra Tiflisdə fəaliyyət göstərən "Ceyran" rəqs ansamblı gürcü və Azərbaycan rəqslərini nümayiş etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR