Bank Of Baku

Gələn ilin martında Dünya Azərbaycanlılarının III Qurultayı keçiriləcək

Gələn ilin martında Dünya Azərbaycanlılarının III Qurultayı keçiriləcək
# 17 dekabr 2010 09:18 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. O, bildirib ki, sonuncu dəfə Dünya Azərbaycanlılarının Qurultayı 2006-cı ildə keçirilib. Qurultayın hər beş ildən bir keçirildiyi qeyd edən N. İbrahimov bu tədbirin növbəti dəfə gələn ilin mart ayında baş tutacağını bildirib: “Bu gün dünyanın hər yerində yaşayan azərbaycanlılar aktiv ictimai fəaliyyətlə məşğuldur. Biz növbəti qurultaya çox ciddi hazırlaşırıq. İnanıram ki, bu tədbir yüksək səviyyədə keçiriləcək”.

N. İbrahimov DAK-ın ayrı-ayrılıqda müxtəlif ölkələrdə qurultaylar keçirməsinə də münasibət bildirib: “Biz də birliyin tərəfdarıyıq. Lakin hər birimiz yaxşı bilirik ki, bu birlik baş tutmur. Ona görə ki, kimlərinsə münaqişəsi bu birliyi pozur. Bir olub heç bir iş görməməkdənsə, iki olub iş görmək daha yaxşıdır. Bu, bizim işimizə yarayır”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR