Bank Of Baku

Londonda jurnalist Ben İllisin Azərbaycan haqqında fotolarından ibarət “Odlar yurdu” adlı sərgi açılıb

Londonda jurnalist Ben İllisin Azərbaycan haqqında fotolarından ibarət “Odlar yurdu” adlı sərgi açılıb
# 17 dekabr 2010 10:16 (UTC +04:00)
Bakı-APA. Londonun Şoredikt zonasında yerləşən Maverik Sərgi salonunda “Odlar yurdu” adlı sərgi açılıb. Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, sərgiyə Londonda yaşayan 170-dən artıq azərbaycanlı qatılıb. Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil olunan sərgidə jurnalist və fotoqraf Ben İllisin işləri nümayiş olunub. İllis 2009-2010-cu illərdə 3 ay Azərbaycanda olub və Bakı haqqında “Hedonist Bələdçi” kitabını yazıb.

Kitab paytaxtımız haqqında ilk ingilisdilli bələdçi kitabıdır. Sərgi Azərbaycandakı dinlərin, mədəniyyətlərin, landşaftların və təbiət hadisələrinin müxtəlifliyini nümayiş etdirir. Ümumilikdə 52 işdən ibarət olan sərgiyə 18 əsr Şəki Xan Sarayına aid olan nəhəng 4 panelli mozaik pəncərə və Qafqaz silsiləsini əks etdirən 3 panelli möcüzəli Mavi Dağlar peyzajı da daxildir. Lakin, digər fotoqraflar öz diqqətlərini əsasən gündəlik həyatın elementləri üzərində cəmləyiblər. Bu elementlərə misal olaraq Abşeronda yol kənarında qarpız satan satıcının İçərişəhərdə futbol oynayan uşağın, ölkənin qonaqpərvərliyini nümayiş etdirən çay dəsgahının fotolarını göstərmək olar. Azərbaycanın Birləşmiş Krallıqda fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov, Belarusun Birləşmiş Krallıqdakı səfiri Aleksandr Mixneviç və Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Aleksandr Sternik, Avropa Yenidənqurma və İnkişaf Bankının əməkdaşları, Şərq və Afrikaşünaslıq Məktəbinin tələbələri də iştirakçılar arasında olub. Benin fotolarına www.benillis.com/show.html saytında baxmaq olar. Ümumilikdə, 7-11 dekabr tarixlərində keçirilən sərgidə 500-dən çox adam iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR