Bank Of Baku

İngiltərənin Gürcüstandakı səfiri Marneulidə olub

İngiltərənin Gürcüstandakı səfiri Marneulidə olub
# 17 dekabr 2010 11:03 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. İngiltərənin Gürcüstandakı səfiri Juild Gopi azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonuna səfər edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze biznes və infrastrukturun bölgədə inkişaf etdirilməsi , reinteqrasiya məsələləri üzrə dövlət nazirliyinin nümayəndəsi Savalan Mirzəyev bölgədə yaşayan milli azlıqların gürcü cəmiyyətinə inteqrasiyası ilə bağlı həyata keçirilən layihələr barədə qonağa məlumat veriblər.
Tədbirdə bölgənin inkişafı ilə bağlı müzakirələr aparılıb. Müzakirələrə Marneuli rayonunun İcra Hakimiyyətinin başçısı Zaza Dekonoidze, rayonun bələdiyyə sədri İsfəndiyar Kərimov, rayon İcra Hakimiyyəti başçısının müavini Heydər Musayev və digər nümayəndələr də qatılıblar.

Səfir Juild Gopi görüş üçün Kvemo-Kartli və rayon rəhbərliyinə təşəkkür edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR