Bank Of Baku

Dünya Azərbaycanlıları Konqresi adlanan qurumlar birləşə bilər

Dünya Azərbaycanlıları Konqresi adlanan qurumlar birləşə bilər
# 17 dekabr 2010 12:40 (UTC +04:00)
Paşa Qəlbinur və Əhməd Obalının həmsədr olduğu DAK birləşmə prosesi ilə bağlı işlərin aparılması üçün 5 nəfərlik qrup yaradıb

Bakı. Pərvin Abbasov-APA. Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəhbərliyi Atatürk Mərkəzində mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, tədbirdə DAK-ın həmsədri Paşa Qəlbinur təşkilatın dekabrın 11-12-də keçirilmiş XI qurultayı barədə məlumat verib. Onun sözlərinə görə, qurultayda bir neçə məruzə dinlənilib, DAK-ın fəxri həmsədrləri olmuş şəxslərə ehtiram ifadə olunub.

Daha sonra 19 nəfərdən ibarət İdarə Heyəti və 3 nəfərlik Nəzarət Təftiş Komissiyası seçilib. İdarə Heyətinin üzvlərini Azərbaycan, ABŞ, Rusiya, Estoniya, İsveç, Hollandiya, Almaniya və Böyük Britaniyadan olan soydaşlarımız təşkil edir. Qurultayda Paşa Qəlbinur (Azərbaycan) və Əhməd Obalı (ABŞ) həmsədr seçiliblər.

P. Qəlbinur digər DAK-ın dekabrın 4-5-də Almaniyanın Bonn şəhərində keçirilən qurultayına da münasibət açıqlayıb. Digər DAK-ın qurultayından mətbuat vasitəsilə xəbər tutduğunu deyən buna normal baxdığını deyib: “Diaspora təşkilatlarımız nə qədər çox olsa, o qədər yaxşıdır”.

P. Qəlbinur əlavə edib ki, XI qurultayda həmsədri olduğu DAK-ın digər DAK-la yaxınlaşması istiqamətində işlərin aparılması üçün özünün sədrliyi ilə İdarə Heyətinin 5 nəfər üzvündən ibarət bir qrup formalaşdırılıb. O, gələcəkdə DAK-ların birləşmə perspektivinin olduğunu vurğulayıb, lakin bunun baş tuta bilməməsi ehtimalının mümkünlüyünə də işarə edib: “DAK-ların birləməsi istiqamətində addımlar atacağıq. Lakin birləşmə baş tutmasa belə, bu, heç kim üçün faciə olmayacaq”.

Xatırladaq ki, digər DAK-ın dekabrın 4-5-də Almaniyanın Bonn şəhərində keçirilən qurultayında Sabir Rüstəmxanlı (Azərbaycan) və Firudin Pərviznia (Almaniya) həmsədr seçiliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR