Bank Of Baku

“Türkiyədə azərbaycanlıların tarixi, sosial, siyasi və mədəni fəaliyyətləri” adlı kitab hazırlanır

“Türkiyədə azərbaycanlıların tarixi, sosial, siyasi və mədəni fəaliyyətləri” adlı kitab hazırlanır
# 20 dekabr 2010 07:03 (UTC +04:00)
Bakı - APA. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) növbəti layihə üzərində iş aparır. SAM-dan Apa-ya verilən məlumata görə, bu layihə “Türkiyədə azərbaycanlıların tarixi, sosial, siyasi və mədəni fəaliyyətləri” adlı kitabın nəşrə hazırlanmasından ibarətdir. Kitabda Türkiyədə yaşayan azərbaycanlıların siyasi, iqtisadi, hərbi, mədəni və sosial fəaliyyətlərinə dair ətraflı məlumatlar yer alacaq.

Layihə çərçivəsində kitabın hazırlanmasında əsas məqsəd iki dövlət, bir millətin müştərək tarixini təcrübəli müasir tarixçilər tərəfindən daha dərindən araşdırmaq, Türkiyə azərbaycanlıları haqqında geniş məlumatlar əldə etmək və bununla onların ümumi ideya altında birləşməsinə nail olmaqdır. Aparılan araşdırmalar göstərir ki, son zamanlar Türkiyə azərbaycanlılarının sayı artmaqdadır. Yeni nəsil türkiyəli azərbaycanlılar müəyyən problemlərlə üzləşməkdədir. Kitab bu problemləri araşdırıb həlli yollarını tapmaqla Türkiyədə yaşayan soydaşlarımız üçün bir bələdçiyə çevriləcək.

Əsər üzərində işləyəcək sosioloq, tarixçi və siyasətşünaslar Türkiyədə yaşayan azərbaycanlıların dərnəklərinə və çoxluq təşkil etdiyi ərazilərə baş çəkəcək, görüşlər təşkil edəcək, arxivləri araşdıracaq, azərbaycanlıların dini, sosial, mədəni, siyasi və iqtisadi fəaliyyətlərini öyrənəcəklər.

Qeyd edək ki, “Türkiyədə azərbaycanlıların tarixi, sosial, siyasi və mədəni fəaliyyətləri” adlı kitabın hazırlanmasının 2011-ci ildə başa çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR