Bank Of Baku

Ukrayna Baş Prokurorluğu Krım parlamentinin qondarma “erməni soyqırımı”nı tanımaq haqqında qətnamə qəbul etməsi ilə bağlı araşdırmalara başlayıb

Ukrayna Baş Prokurorluğu Krım parlamentinin qondarma “erməni soyqırımı”nı tanımaq haqqında qətnamə qəbul etməsi ilə bağlı araşdırmalara başlayıb
# 20 dekabr 2010 07:46 (UTC +04:00)
“Krımın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Rəhim Hümbətovun APA-ya verdiyi məlumata görə, Krım Prokurorluğuna göstəriş Baş Prokurorluq tərəfindən verilib. Ukrayna Baş Prokurorluğu həmçinin Zakarpatye vilayəti prokuroruna Ujqorod şəhər sovetinin “erməni soyqırımı”nı tanımaq barədə qərarını araşdırmaq üçün müvafiq addımlar atmağı tapşırıb. Baş prokurorun müavini Vitali Zanfirov Rəhim Hümbətova göndərdiyi məktubda verilən tapşırıqlarla bağlı onu məlumatlandırıb.

Xatırladaq ki, Krım parlamentinin “erməni soyqırımı”nı tanımaq barədə qərarın qəbulu ilə bağlı araşdırma bu qətnamənin Ukrayna Konstitusiyası, Krım Muxtar Respublikasının Konstitusiyası və Krım Ali Radasının reqlamentinin kobud şəkildə pozulması ilə qəbul olunduğunu ortaya çıxarıb. Krım parlamentinin qeyd olunan formada hüquqi-normativ aktlar qəbul etməsi muxtar qrumunu Ali Radasının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün səbəb ola bilər. Qeyd etmək lazımdır ki, qeyd olunan qətnamənin indiki parlamentə aidiyyəti yoxdur, həmin qətnamə 2005-ci ildə qəbul olunub. Bu səbəbdən indiki parlament həmin qalmaqallı qərarı asanlıqla ləğv edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR