Bank Of Baku

Azərbaycanın muğam ustaları Kaliforniyada uğurlu konsert proqramları ilə çıxış edirlər - FOTOSESSİYA

Azərbaycanın muğam ustaları Kaliforniyada uğurlu konsert proqramları ilə çıxış edirlər - <font color=red> FOTOSESSİYA</font>
# 20 dekabr 2010 16:31 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın muğam ustaları Kaliforniyada uğurlu konsert proqramları ilə çıxış edirlər. APA-nın məlumatına görə, Azərbaycanın Los-Ancelesdə Baş Konsulluğu və “Azerbaijan İnternational” jurnalının dəstəyi ilə San Dieqo və Los-Ancelesdə Azərbaycan musiqisi gecəsi təşkil olunub. Milli Konservatoriyanın rektoru Səyavuş Kəriminin rəhbərliyi ilə azərbaycanlı muğam ustaları zəngin musiqi proqramı ilə çıxış ediblər. Amerikalı tamaşaçılar xalq artistləri Mənsum İbrahimov və Aygün Bayramovanın, həmçinin əməkdar artistlər Elnur Əhmədov, Eçin Həşimov və Kamran Kərimovun çıxışlarını alqışlarla qarşılayıblar. Sənətçilərin ifa etdikləri “Qarabağ şikəstəsi” sürəkli alqışlarla qarşılanıb. San Dieqoda təşkil olunan konsert Bakını Nəsimi rayonu ilə qardaşlıq münasibətlərinin qurulmasına dair təşəbbüs qrupunun üzvü Martin Kruminqin köməyi ilə həyata keçirilib. Azərbaycanlı sənətçilərin növbəti konsert proqramı dekabrın 23-də San-Fransiskoda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR