Bank Of Baku

"Azərbaycan: 100 sual və cavab" kitabı alman, fransız və ərəb dillərində nəşr edilib - FOTO

"Azərbaycan: 100 sual və  cavab" kitabı alman, fransız və ərəb dillərində nəşr edilib - <font color=red>FOTO</font>
# 21 dekabr 2010 09:54 (UTC +04:00)
Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, kitab alman və fransız dillərinə Almaniyanın “TMC” nəşriyyatı, ərəb dilinə isə Livanda yerləşən tanınmış “Dar İl İlm” nəşriyyat evi tərəfindən tərcümə edilərək nəfis şəkildə çap olunub.

"Azərbaycan: 100 sual və cavab" kitabı xarici auditoriyanı Azərbaycan barədə ən çox soruşulan və maraq doğuran mövzular haqqında sadə və cəlbedici formada məlumatlandırmaq məqsədilə nəşr edilmişdir. Kitabda əhatə olunan mövzular əsasən Bakıda yaşayan xaricilər arasında aparılmış sorğular və mütəxəssislərin tövsiyyələri əsasında müəyyən edilmişdir.

Kitabda verilən 100 sual çərçivəsində oxucuya Azərbaycanın müasir vəziyyəti, dövlət quruluşu, iqtisadiyyatı, mədəniyyət və incəsənəti, ədəbiyyatı, həmçinin elm və təhsil sistemi, adət-ənənələri, mətbəxi və sair məsələlər haqqında müfəssəl məlumat verilməklə bərabər, xoş təəssürat yaradan nadir illüstrasiyalar təqdim olunur.

Sözügedən nəşr Avropa Azərbaycan Cəmiyyəti tərəfindən 2006-cı ildə ingilis dilində, 2008-ci ildə isə rus dilində nəşr edilib.

Qeyd edək ki, "Azərbaycan: 100 sual və cavab" kitabının ingilis nəşri «Waterstone Books» dükanları da daxil olmaqla, Böyük Britaniyanın ən böyük kitab dükanları şəbəkələrində yayılır. Kitabı həmçinin, internetdən Amazon.com saytından da əldə etmək olar.

Kitabın ərəb dilində olan nüsxələrinin “Dar İl İlm” nəşriyyatı tərəfindən ərəb ölkələrində də yayılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR