Bank Of Baku

Türkiyənin Kocaeli vilayətində Heydər Əliyev parkı açılacaq

Türkiyənin Kocaeli vilayətində Heydər Əliyev parkı açılacaq
# 21 dekabr 2010 14:17 (UTC +04:00)
Bakı – APA. Dekabrın 25-də Türkiyənin Kocaeli vilayətində Heydər Əliyev adına parkın açılışı olacaq. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, park yüksək səviyyədə salınıb. H. Əliyevin həyat yolu və onun Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri haqqında dediyi unudulmaz sözlərin əks olunduğu mərmər lövhə quraşdırılmış parkda müasir futbol və basketbol meydançaları, insanların istirahəti üçün bütün lazımi şərait yaradılıb, işıqlandırma sistemləri yerləşdirilib.

Parkın açılışında Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsinin, Kocaeli valisinin, bələdiyyə sədrlərinin, siyasi partiya təmsilçilərinin, QHT nümayəndələrinin, millət vəkillərinin, medianın iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, bir müddət əvvəl Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyənin Kocaeli vilayətinin Kartəpə bələdiyyəsi arasında bu bələdiyyənin ərazisində Heydər Əliyev adına park salınması barədə protokol imzalanmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR