Bank Of Baku

İsveçdə “21 Azər” Hərəkatının ildönümü ilə bağlı yürüş-mitinq keçirilib - FOTOSESSİYA

İsveçdə “21 Azər” Hərəkatının ildönümü ilə bağlı yürüş-mitinq keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 22 dekabr 2010 08:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İsveçin Höteburq şəhərində “21 Azər” Hərəkatı və Güney Azərbaycan Milli Respublikasının yaradılması ilə bağlı yürüş-mitinq keçirilib.

Güney Azərbaycan Demokrat Partiyasının (GADP) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “21 Azər” Milli Komitəsi tərəfindən təşkil olunan aksiyada İrandakı türklərin milli-mədəni hüquqlarının bərpası tələb olunub. Mitinqdə İranda həbsdə olan azərbaycanlıların hüquqlarını müdafiəsi uğrunda hərəkatın liderlərindən olan Yürüş Mehrəlibəylinin və Lətif Həsənlinin azadlığa buraxılması tələbləri irəli sürülüb.

Aksiyada “Güney Azərbaycan öz müqəddəratını təyin etməlidir”, “Təhsil hüququ tanınmalıdır” kimi şüarlar səsləndirilib. Yürüş çərçivəsində Güney Azərbaycandakı vəziyyətlə bağlı hazırlanan vərəqələr şəhər sakinlərinə paylanıb.

Yürüş qətnamənin oxunması ilə başa çatıb.

Qeyd edək ki, aksiyaya GADP, Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH), “Oğuzlar” qrupu və digər təşkilatlar iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR