Bank Of Baku

Gələn ildən 12 azərbaycanlı Çelyabinsk Mədəniyyət və İncəsənət Akademiyasında təhsil ala biləcək

Gələn ildən 12 azərbaycanlı Çelyabinsk Mədəniyyət və İncəsənət Akademiyasında təhsil ala biləcək
# 24 dekabr 2010 11:36 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Çelyabinsk vilayətində 7.500, Çelyabinsk şəhərinin özündə isə 3.500 azərbaycanlı yaşayır. Bu fikirləri Bakıda mətbuat konfransı keçirən Çelyabinskdə fəaliyyət göstərən «Ozan» Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Rəfail Quliyev deyib. O bildirib ki, son siyahıyaalınmanın nəticələri yəqin ki, azərbaycanlıların sayının 10 mindən çox olacağını göstərəcək.

R. Quliyev bildirib ki, «Ozan» mərkəzi 10 ildir fəaliyyət göstərir, Azərbaycan xalqının mədəniyyətinin, dilinin və dinin qorunması istiqamətində müxtəlif tədbirlər keçirir.

O, Azərbaycanla Çelyabinsk vilayəti arasında olan münasibətlərdən danışıb, ölkəmizlə vilayət arasında oxşar cəhətlərin olduğunu söyləyib, vacib strateji yerdə yerləşdiklərini deyib. Azərbaycanlıların Çelyabinsk vilayətində müxtəlif işlərlə məşğul olduğunu söyləyən diaspora rəhbəri, onlara çox yaxşı münasibət bəsləndiyini, heç bir problemlərinin olmadığını deyib. R. Quliyev 2011-ci ildə Azərbaycanla Çelyabinsk arasında əlaqələrin intensivləşəcəyini, Azərbaycanın iş adamlarının Çulyabinsk vilayətinə, yerli biznesmenlərin isə Azərbaycana sərmayələr qoyacağı barədə məlumatlar verib.

R. Quliyev Azərbaycan və Çelyabinsk vilayətinin mədəniyyət nazirlikləri arasında imzalanmış Memorandum barəsində də məlumat verib. O bildirib ki, bu sənədə əsasən Çelyabinsk Mədəniyyət və İncəsənət Akademiyası ildə Azərbaycandan 12 abituriyent qəbul etməyə hazırdır. Onlar akademiyanın istənilən fakültəsində təhsil ala bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR