Bank Of Baku

Dünya Azərbaycanlıları Konqresi Bakıda toplantı keçirib

Dünya Azərbaycanlıları Konqresi Bakıda toplantı keçirib
# 25 dekabr 2010 15:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Bakıda konfrans keçirib.

APA-nın məlumatına görə, DAK sədri Sabir Rüstəmxanlı deyib ki, bu il həmrəylik bayramını qeyd edən Azərbaycanın 20% torpağı hələ də erməni işğalından azad edilməyib, Güney Azərbaycandakı 35 milyondan artıq türkün milli azadlıq mübarizəsini qan bahasına susdurmağa çalışırlar. Onun sözlərinə görə, İranda azərbaycanlıların bir ideya ətrafında birləşməsinə və öz dilində təhsil hüququnu bərpa etməsinə ciddi problem yaradılır.

DAK Mərkəzi Şurasının sədri Əjdər Tağızadə, professor Vaqif Arzumanlı, jurnalist Tofiq Türkel, Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı nümayəndəliyinin rəhbəri Ağrı Qaradağlı və digər çıxış edənlər ayrı-ayrı təşkilatlarda birləşməsinə baxmayaraq dünya azərbaycanlılarını Azərbaycanın inkişaf etmiş bir ölkəyə çevrilməsi üçün qüvvələrini birləşdirməyə çağırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR