Bank Of Baku

Tiflisdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə tədbirlər keçirilib - FOTO

Tiflisdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə tədbirlər keçirilib  - <font color=red>FOTO</font>
# 27 dekabr 2010 07:27 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycanın Gürcüstandakı səfirliyinin və Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr edilən "İlin qış nağılı" adlı tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Tiflis və onun ətraf rayonlarında yaşayan azərbaycanlıların kiçik yaşlı uşaqları iştirak ediblər. Tədbiri Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadə açaraq Heydər Əliyev Fondunun rəhbərliyinə təşəkkürlərini bildirib. Ş. Mehdizadə qeyd edib ki, gələcəkdə bu tədbirlər ənənəvi şəkildə davam etdiriləcək.
Daha sonra uşaqlar üçün tamaşaçılar göstərilib. Uşaqlar gürcü və Azərbaycan dillərində şeirlər söyləyiblər. Sonra AZEBİ iş adamları birliyinin dəstəyi ilə balacalara bayram hədiyyələri verilib.

Həmin gün Tiflisdə fəaliyyət göstərən "Ceyran" folklor rəqs ansamblı da 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibəti ilə tədbir keçirib. Ansambl tamaşaçılar qarşısında Azərbaycan xalq mahnı və rəqslərini nümayiş etdirib.

Sabahdan başlayaraq belə tədbirlər Marneuli, Qardabani, Bolnisi və Dmanisi rayonlarında da təşkil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR