Bank Of Baku

Türkiyənin Qartəpə şəhərində Heydər Əliyev parkı istifadəyə verilib - FOTO

Türkiyənin Qartəpə şəhərində Heydər Əliyev parkı istifadəyə verilib - <font color=red>FOTO</font>
# 27 dekabr 2010 12:20 (UTC +04:00)
Bakı-APA. Türkiyənin Kocaeli vilayətindəki Qartəpə şəhərində Heydər Əliyevin adını daşıyan park istifadəyə verilib. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, bu park Diasporla İş üzrə Dövlət Komitəsi və Kocaeli vilayətinin Qartəpə bələdiyyəsi arasında imzalanmış protokola əsasən salınıb. Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Elnar Məmmədov, Kocaeli valisinin müavini Mustafa Ünlüsoy, bələdiyyə sədri İbrahim Karaosmanoğlu, Qartəpə bələdiyyəsinin sədri Şükrü Karabalık, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, ictimaiyyətin nümayəndələri, qardaş ölkədə yaşayan həmvətənlərimiz parkın açılışı münasibəti ilə keçirilən mərasimdə iştirak ediblər. Türkiyənin mühüm turizm şəhərlərindən olan Qartəpədə 5 min kvadratmetr ərazidə salınmış parkda idman meydançaları, uşaqların istirahəti üçün guşələr xüsusi zövqlə inşa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR