Bank Of Baku

Dərbənddə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram tədbiri keçirilib - FOTO

Dərbənddə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram tədbiri keçirilib - <font color=red>FOTO</font>
# 30 dekabr 2010 07:50 (UTC +04:00)
Bakı-APA. Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Dərbənddə bayram tədbiri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Ümumrusiya Azərbaycan Konqresi Dağıstan regional təşkilatının Dərbənd şəhər 3 saylı Gimnaziyanın toplantı zalında təşkil etdiyi bayram tədbirində yerli şəhər məclisinin deputatları, məktəb və digər təhsil ocaqlarının rəhbərləri, alimlər, jurnalistlər, azərbaycanlı ziyalılar, şəhər administrasiyasının nümayəndələri və digər qonaqlar iştirak ediblər. Azərbaycan və Rusiyanın dövlət himnləri səsləndirildikdən sonra qonaqları salamlayan Ümumrusiya Azərbaycan Konqresi Dağıstan regional təşkilatının sədri Seyran Rəhimov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün millətimizin birlik günü olduğunu deyib. O, Heydər Əliyevin bu bayramı təsis etməklə ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında həmrəylik yaratmaqda tarixi rol oynadığını qeyd edib. Sonra Dərbənd şəhər administrasiyasının rəhbərinin birinci müavini Tacəddin Sultanov məruzə ilə çıxış edib. Tədbirdə azərbaycanlılarla yanaşı digər xalqların nümayəndələri də Həmrəylik Günü ilə bağlı fikirlərini bölüşüb, bu bayramın vacibliyini qeyd edib və Azərbaycanın işğal altında olan torpaqlarının tezliklə azad olunmasını arzu ediblər. Tədbirin bədii hissəsində şagirdləri ana dilində şerlər söyləyib, mahnılar oxuyub və Azərbaycan bayrağını dalğalandıraraq “Yallı” sədaları altında rəqs ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR