Bank Of Baku

Dünya azərbaycanlılarının üçüncü qurultayı 2011-ci il martın birinci yarısında keçiriləcək - FOTO

Dünya azərbaycanlılarının üçüncü qurultayı 2011-ci il martın birinci yarısında keçiriləcək - <font color=red>FOTO</font>
# 30 dekabr 2010 08:38 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib. Onun sözlərinə görə, artıq bununla bağlı bütün prosedur məsələlər öz həllini tapıb.

Komitə sədri gələn il Dünya Azərbaycanlıları Gənclər Birliyinin formalaşması prosesinin də nəzərdə tutulduğunu deyib. 2010-cu ilin Azərbaycan diasporu üçün uğurlu il olduğunu deyən N. İbrahimov “gələn il də diasporumuz üçün çox mühüm və uğurlu illərdən biri olacaq” deyib.

Qeyd edək ki, bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və komitənin əməkdaşları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR