Bank Of Baku

“Xocalıya ədalət” kampaniyası 2011-ci ildə davam etdiriləcək

“Xocalıya ədalət” kampaniyası 2011-ci ildə davam etdiriləcək
# 30 dekabr 2010 10:12 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Xocalıya ədalət” kampaniyası 2011-ci ildə davam etdiriləcək.

APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib. Onun sözlərinə görə, Ümumrusiya Azərbaycan Gənclər Təşkilatlarının rəhbəri Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət” kampaniyası 2011-ci ildə də davam etdiriləcək: “Bütün Azərbaycan diaspora təşkilatlarına da bu barədə məlumat verilib. Azərbaycan diaspora təşkilatları bu faciənin dünyada tanınmasına kömək edəcəklər”.

N. İbrahimov deyib ki, qondarma “erməni soyqırımı”na qarşı Azərbaycan və Türkiyə diaspor təşkilatları birgə fəaliyyətlərini davam etdirəcəklər: “Bəzi ölkələrdə türk diasporu yoxdur. Orada da bizim təşkilatlar bu məsələdə fəaliyyət göstərirlər. Bu Türkiyəyə xoş gəlsin deyə edilmir. Bir millətin iki diasporu olmaz. Buna görə də birgə fəaliyyət göstəririk”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR