Bank Of Baku

Ukrayna Azərbaycanlı Gənclər Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Gününü Dnepropetrovsk şəhərində qeyd edib - FOTOSESSİYA

Ukrayna Azərbaycanlı Gənclər Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Gününü   Dnepropetrovsk şəhərində  qeyd edib - <font color=red>FOTOSESSİYA</font>
# 03 yanvar 2011 07:59 (UTC +04:00)
Bakı-APA. Ukrayna Azərbaycanlı Gənclər Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Gününü Dnepropetrovsk şəhərində qeyd edib. APA-nın məlumatına görə, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin bir sıra vilayət və şəhər təşkilatları fəallarının qatıldığı bayram tədbirində Dnepropetrovsk Azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyev , Dnetpropetrovsk şəhər merinin müşaviri Hafiz Aslanov və digər diaspora fəalları çıxış edərək, təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən danışıblar. Bayram şənliyinə qonaq qismində qatılan Dnepropetrovsk şəhərinin meri İvan Kuliçenko Həmrəylik günü və yeni il münasibəti ilə azərbaycan xalqına xoş və səmimi arzularını çatdırıb. Son bir ildə Ukraynada yaşayan azərbaycanlı gənclərin təşkilatlanaraq ukraynanın ictimai mədəni həyatında fəal iştirak etdiyini bildirən şəhər meri oz istedadları və birlikləri ilə bu gün Azərbaycanla Ukraynanın dostluq əlaqələrinin möhkəmləndirilməsində əllərindən gələn köməkliyi əsirgəməyən azərbaycanlı gənclərə gələcək işlərində böyük uğurlar arzulayıb . Tədbirdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov və birliyin Dnepropetrovsk vilayət təşkilatının sədri Elza Bəkirova çıxış edərək, təmsil olunduqları qurumun yarandığı on ay müddətində Ukrayna üzrə müxtəlif səpkili 45 tədbir keçirildiyini bildiriblər. Bayram şənliyinə qatılan gənc müğənnilərdən Günay Qurbanovanın, İslam Məmmədovun şən və həzin mahnıları, “Yeddi gözəl” rəqs ansamblının rəngarəng rəqs nömrələri, o cümlədən yeni il hədiyyələri ilə məclisə təşrif buyuran Şaxta baba ilə Qar qızın duzlu və məzəli söhbətləri vətən sevgili soydaşlarımıza yadda qalan bayram sevinci yaşatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR