Bank Of Baku

ABŞ-ın Azərbaycan və türk icmaları Kaliforniyada fəaliyyət göstərən Müəssisə, Biznes və Sənayenin İnkişafına Dəstək Fonduna ilk amerikalı türkün təyinatını alqışlayırlar

ABŞ-ın Azərbaycan və türk icmaları Kaliforniyada fəaliyyət göstərən Müəssisə, Biznes və Sənayenin İnkişafına Dəstək Fonduna ilk amerikalı türkün təyinatını alqışlayırlar
# 04 yanvar 2011 08:43 (UTC +04:00)
Vaşinqton. İzabel Levin - APA. ABŞ-ın Azərbaycan və türk icmaları Kaliforniya ştatında fəaliyyət göstərən Müəssisə, Biznes və Sənayenin İnkişafına Dəstək Fonduna (SAFE-BIDCO) ilk amerikalı türkün təyinatını alqışlayırlar. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, Kaliforniya qubernatoru Arnold Şvartseneqqer San Klementedən olan 36 yaşlı Sinan Kanatsızı 2010-cu il dekabrın 31-də SAFE-BIDCO-nun İdarə Heyətinə təyin edib.

Respublikaçılar Partiyasından olan Kanatsız 1997-ci ildən Kaliforniyada fəaliyyət göstərən Kanatsız Communications şirkətinin təsisçisi və baş direktorudur. O, həmçinin Anahaym Beynəlxalq Film Festivalının və İnternet Marketinq Assosiasiyasının sədri və təsisçisi, Pretend City Uşaq Muzeyinin Direktorlar Şurasının üzvü və YMCA Gənclər və Hökumət proqramının sədridir.

“Azərbaycan-Amerika Şurası cənab Kanatsıza salamlarını və xoş arzularını çatdırır, ona yeni vəzifəsində uğurlar arzulayır və amerikalı türklərin ABŞ-ın siyasi və ictimai həyatında daha fəal iştirakını arzulayır”, - deyə Şuranın bəyanatında bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR