Bank Of Baku

Strasburq Azərbaycan Evinin radio proqramının yayımı təxirə salınıb

Strasburq Azərbaycan Evinin radio proqramının yayımı təxirə salınıb
# 31 yanvar 2011 14:59 (UTC +04:00)
Bakı-APA. Fransanın Strasburq şəhərində fəaliyyət göstərən Azərbaycanla Mədəni Əlaqələr Dərnəyi və Strasburq Azərbaycan Evinin RBS radiosunda yayımlanan proqram ikinci dəfə təxirə salınıb. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Strasburq Azərbaycan Evindən komitəyə bildirilib ki, iki həftə əvvəl radio studiyasının qapıları yandırılıb. Hazırda Fransanın hüquq-mühafizə orqanları bununla bağlı araşdırma aparır. Araşdırmalar başa çatmadığından studiyaya daxil olmaq mümkün deyil. Proqramın nə vaxt efirə çıxacağı hələlik məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR