Bank Of Baku

Türkiyədəki Azərbaycan diasporu İranın İstanbuldakı konsulluğu qarşısında etiraz aksiyası keçirib

Türkiyədəki Azərbaycan diasporu İranın İstanbuldakı konsulluğu qarşısında etiraz aksiyası keçirib
# 01 fevral 2011 16:44 (UTC +04:00)
Aksiya təşkilatçılarının APA-ya verdiyi məlumata görə, 100-dən artıq tələbənin, həmçinin müxtəlif təşkilatların, Mərmərə Universitetinin tələbələri və ülkü ocaqlarının təmsilçilərinin qatıldığı aksiya 1 saatdan çox davam edib.

İranın işğalçı Ermənistanla münasibətlərini pisləyən aksiya iştirakçıları rəsmi Tehranın digər ölkələrin daxili işlərinə qarışmasına son qoyulması, həmçinin «Səhər» telekanalının pozuculuq fəaliyyətinə son verilməsi tələblərini səsləndiriblər. Konsulluğun qarşısında keçirilən aksiyaya polis müdaxilə etməsə də, diplomatik nümayəndəlikdən heç kim aksiya iştirakçılarının önünə çıxmayıb.

Tədbir təşkilatçıları onu da bildiriblər ki, aksiyalar davam etdiriləcək, növbəti mərhələdə İranın bu fəaliyyətinə etiraz olaraq imzatoplama kampaniyasına başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR