Bank Of Baku

Tanınmış alim Lütfi Zadənin 90 yaşı tamam olur

Tanınmış alim Lütfi Zadənin 90 yaşı tamam olur
# 02 fevral 2011 08:38 (UTC +04:00)
Vaşinqton. İzabel Levin-APA. ABŞ-dakı Azərbaycan diasporu dünya şöhrətli alim Lütfi Zadənin 90 illik yubileyini qeyd edir. APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, Azərbaycan diasporunun yaydığı bəyanatda Lütfi Zadə 90 illik yubileyi münasibətilə təbrik edilir, ona və ailəsinə cansağlığı və uğur arzulanır.

Lütfi Zadə dünyada tanınmış riyaziyyatçı, mühəndis və informatika alimi, qeyri-müəyyən məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin (Berkley University) fəxri professorudur.

O, 1921-ci il Fevralın 4-də Bakıda jurnalist Rəhim Ələsgərzadə və pediatr Fania Korimanın ailəsində anadan olub. 1931-ci ildə ailəsi ilə birlikdə İrana və 1944-cü ildə ABŞ-a köçüb və dünya-miqyaslı alim şöhrətini də burada qazanıb.

Amerikadakı Azərbaycan icmasının adından verilən bəyanatda deyilir ki, Lütfi Zadə həyatı boyu elmə gətirdiyi yeniliklərə görə hər il təqdim olunan Azərbaycan-Amerika İrsi Mükafatına layiq görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR