Bank Of Baku

Amerikadakı Azərbaycan diasporu türk icması ilə birlikdə Xocalı soyqırımının tanınması ilə bağlı yeni kampaniyaya başlayıblar

Amerikadakı Azərbaycan diasporu türk icması ilə birlikdə Xocalı soyqırımının tanınması ilə bağlı yeni kampaniyaya başlayıblar
# 04 fevral 2011 08:00 (UTC +04:00)
Onlar ABŞ administrasiyasına, o cümlədən prezident Barak Obamaya, vitse-prezident Co Baydenə, dövlət katibi Hilari Klintona, həmçinin konqresmen və senatorlara məktub göndərirlər. APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, ABŞ-ın azərbaycanlı və türk icmaları insanlığa qarşı törədilmiş bu cinayətin qurbanları və günahkarları üçün ədalət tələb edirlər. “2011-ci il fevralın 26-da Amerikada yaşayan azərbaycanlı və türklər 1991-1994-cü il Dağlıq Qarabağ müharibəsinin gedişində Azərbaycanın Xocalı şəhərinin işğalı zamanı erməni qüvvələri tərəfindən törədilmiş qətliamın 19-cu ildönümünü yad edəcəklər. İnsan Hüquqlarının Qorunmasına Nəzarət Təşkilatının (Human Rights Watch) məlumatına görə, işğalçı qüvvələr 613 insanı, o cümlədən 106 qadın və 83 uşağı amansızlıqla qətlə yetiriblər. Srebrenitsa qətliamından da dəhşətli olan bu cinayəti törədənlər hələ də məsuliyyətə cəlb olunmayıb və cəzalarını almayıblar”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR