Bank Of Baku

İsveçdə yaşayan azərbaycanlılar İranın bu ölkədəki səfirliyi qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır

İsveçdə yaşayan azərbaycanlılar İranın bu ölkədəki səfirliyi qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır
# 04 fevral 2011 10:55 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. İsveçdə yaşayan Azərbaycan diaspora təşkilatları İranın bu ölkədəki səfirliyinə etiraz məktubu göndəriblər. Təşkilatlar İran səfirliyi qarşısında etiraz aksiyası keçirməyi də planlaşdırıblar. APA-nın məlumatına görə, İsveç Azərbaycan Federasiyası (İAF) bu ölkədə yaşayan azərbaycanlıları fevralın 6-da İran İslam Respublikasının Stokholmdakı səfirliyinin binası önündə Tehranın anti-Azərbaycan siyasətinə qarşı etiraz aksiyasında iştirak etməyə çağırıb.

Müraciətdə deyilir: “Ermənistanın Azərbaycana təcavüzünə hərbi-texniki dəstək, Cənubi Azərbaycan məscidlərində erməni təcavüzkarlarının Qarabağda öldürdüyü azərbaycanlıları yad etməyi yasaqlamaq, Xəzər dənizində Azərbaycana qarşı hərbi güc tətbiq etmək, Azərbaycana dini fanatizm ixrac etmək üçün düşərgələr yaratmaq, “Səhər” dövlət telekanalından nifrət və yalan yağdırmaq İranın iyirmi illik siyasətinə dair bir neçə örnəkdir”.

İsveç Azərbaycanlıları Konqresi (İAK) İranın İsveçdəki səfirliyinə göndərdiyi etiraz məktubunda Azərbaycan dövlətinə qarşı çıxışların dayandırılmasını və işğalçı Ermənistanı dəstəkləməyə son qoyulmasını tələb edib.

Qeyd edək ki, İAK İsveçin 9 şəhərində 16 təşkilatı birləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR