Bank Of Baku

Azərbaycan Dayanışma Qrupu Ankarada İran səfirliyi qarşısında etiraz aksiyası keçirib

Azərbaycan Dayanışma Qrupu Ankarada İran səfirliyi qarşısında etiraz aksiyası keçirib
# 04 fevral 2011 12:46 (UTC +04:00)
Ankara İğdır Kültür Dərnəyinin başqanı Ənvər Türkoğlu APA-ya bildirib ki, aksiyaya Azərbaycan Dayanışma Qrupunun üzvləri, Ankarada yaşayan Azərbaycansevərlər qatılıb. Onun sözlərinə görə, aksiyada 250-300 nəfər iştirak edib.

“Məqsədimiz İranın Azərbaycanın daxili işlərinə qarışmasına etiraz etmək, İranın işğalçı Ermənistana verdiyi dəstəyi qınamaq və Güney Azərbaycanda yaşayan soydaşlarımıza qarşı təzyiqləri pisləmək idi”.

Aksiya iştirakçıları mikrofon vasitəsilə “Qarabağ türkündür, türkün olacaq”, “İran Azərbaycandan əlini çək, işğalçı Ermənistana dəstəyini kəs!” və s. şüarlar səsləndirib, səfirlik qarşısına Ermənistan-İran dostluğuna etiraz olaraq
qara əklil qoyublar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR