Bank Of Baku

Gürcüstan Ədliyyə Nazirliyində QHT və milli azlıqların nümayəndələri ilə görüş keçirilib – FOTO

Gürcüstan Ədliyyə Nazirliyində QHT və milli azlıqların nümayəndələri ilə görüş keçirilib – <font color=red>FOTO </font>
# 04 fevral 2011 14:12 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan Ədliyyə Nazirliyində qeyri-hökumət təşkilatlarının və ölkədə yaşayan milli azlıqların nümayəndələri ilə görüş keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Gürcüstan ədliyyə nazirinin müavini G. Vaşadze çıxış edərək ədliyyə sahəsində həyata keçirdikləri islahatlar barədə ətraflı məlumat verib və müxtəlif sualları cavablandırıb.

G. Vaşadze APA-ya açıqlamasında ölkədə böyük islahatlar həyata keçirdiklərini söyləyib: “Biz hansı islahatları həyata keçiririksə, onları vətəndaşlarımız üçün edirik. Belə görüşlər çox vacibdir. Çünki bu cür tədbirlərdə insanların ehtiyaclarını öyrənirik və əvvəlcədən hazırladığımız planları onlara bildiririk ki, hər bir vətəndaş bu layihələrdə iştirak etsin, birlikdə qərar qəbul edək. Bu gün biz vətəndaşlara plastik kartların verilməsi, biometrik pasportlar və şəxsi vəsiqələr almaq haqqında ətraflı məlumat verdik”.

Nazir müavini xatırladıb ki, islahatdan əvvəl pasport və digər sənədlər almaq üçün müxtəlif sənədlər toplamaq lazım gəlirdi: “Bürokratiya baş alıb gedirdi. İndi belə deyil. Vətəndaşın sadəcə olaraq bir fotoşəkil təqdim etməsi kifayətdir və o, qısa müddətdə pasport ala bilər. Xidmət sistemi çox sadələşdirilib”.

G. Vaşadzenin sözlərinə görə, əvvəllər azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda pasport almaq çox mürəkkəb məsələyə çevrilmişdi və korrupsiya baş alıb gedirdi, indi isə bu sahədə artıq heç bir problem yoxdur: “Biz Marneulidə əhaliyə biometrik pasportlar verməyə başlamışıq. Bunun üçün rayonda aksiya təşkil etdik və Tiflisdən Marneuliyə hər dəfə 50-100 nəfər operator və kompüter avadanlıqları gətirdik, pasport verilməsini tənzimlədik”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR