Bank Of Baku

İsraildə Xocalı faciəsi qurbanlarının Anım Günü keçiriləcək

İsraildə Xocalı faciəsi qurbanlarının Anım Günü keçiriləcək
# 07 fevral 2011 11:34 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Fevralın 24-də İsraildə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri – Xocalıda baş vermiş faciənin 19-cu ildönümü münasibəti ilə Xocalı faciəsi qurbanlarının Anım Günü keçiriləcək.

APA-nın məlumatına görə, “Azərbaycan-İsrail” (Azİz) Beynəlxalq Assosiasiyası və onun nəzdində fəaliyyət göstərən Azərbaycan Diaspor Komitəsi tərəfindən təşkil olunan Anım Günündə Knessetin deputatları, siyasi və ictimai təşkilatların liderləri, bələdiyyə orqanlarının nümayəndələri, İsraildə akkreditasiya olunmuş səfirlik və diplomatik nümayəndəliklərin rəhbərləri iştirak edəcəklər.

Tədbirdə “Azİz”in prezidenti İosif Şaqal çıxış edəcək, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən sənədli film nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR