Bank Of Baku

ABŞ-dakı Azərbaycan diasporlarının ABŞ Konqresi və mətbuata ünvanladığı məktublar yeni avtomatik sistemlə göndəriləcək

ABŞ-dakı Azərbaycan diasporlarının ABŞ Konqresi və mətbuata ünvanladığı məktublar yeni avtomatik sistemlə göndəriləcək
# 07 fevral 2011 11:59 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Fevralın 3-də Amerikanın Azərbaycan Cəmiyyəti (ASA), Azərbaycan-Amerika Şurası (AAC) və yenicə əsası qoyulmuş Pax Turcica İnstitutunun (PTİ) dəstəyi ilə ABŞ Konqresinə və mətbuatına məktubların avtomatik göndərilməsini təmin edən yeni sistem istifadəyə verilib.

APA-nın məlumatına görə, yeni sistem ABŞ-ın azərbaycanlı və türk icmalarına məktublarını konqresmenlərə, senatorlara və federal və yerli icra hakimiyyəti orqanlarına, həmçinin yerli qəzetlərə 30 saniyədən də az müddətə göndərməyə imkan verir.

Yeni Pax Turcica sistemi vasitəsi ilə ilk məktub göndərmə kampaniyası Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunub. Məktub konqresmen və senatorları faciənin ildönümü ərəfəsində Konqresin hər iki palatasının iclaslarında soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinə çağırır. Kampaniyanın başlanmasından ötən iki gün ərzində azərbaycanlı və türk icmalarının nümayəndələri 400-dən artıq məktub göndəriblər.

Amerikanın Azərbaycan Cəmiyyəti və Azərbaycan-Amerika Şurası ABŞ-da yaşayan bütün soydaşlarımızı httr://camraign.raxturcica.org/ və ya httr://camraign.azeris.com/ ünvanları vasitəsilə bu kampaniyaya qoşulmağa çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR