Bank Of Baku

DAK rəhbərliyi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşüb

DAK rəhbərliyi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşüb
# 10 fevral 2011 08:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəhbərliyi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşüb.

DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DAK rəhbərliyi iştirak ediblər. Görüşdə komitə sədrinə DAK-ın dekabrın 4-5-də Almaniyanın Bonn şəhərində keçirilən sonuncu qurultayı, DAK həmsədri Sabir Rüstəmxanlının BMT-nin Cenevrə ofisində və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətində (BQXC) görüşləri, təşkilatın 21-26 fevral tarixlərində Türkiyədə planlaşdırdığı “Xocalı həftəsi” və digər tədbirlər haqqında məlumat verilib. Eyni zamanda DAK-ın gələcək fəaliyyəti, Azərbaycan diasporunun qarşısında duran vəzifələr, bu il keçirilməsi planlaşdırılan Dünya Azərbaycanlılarının III Qurultayı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün türk diaspor təşkilatlarının birgə fəaliyyətinin zəruriliyi barədə də müzakirələr aparılıb. Görüşdə Azərbaycan prezidenti İlham Əliyevin “Biz 50 milyonluq xalqıq” ifadəsi bir daha vurğulanıb və qarşılıqlı əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR