Bank Of Baku

İğdırın sabiq bələdiyyə başqanı Nurəddin Aras parlament seçkilərində hakim partiyanın namizədi olmağa hazırlaşır

İğdırın sabiq bələdiyyə başqanı Nurəddin Aras parlament seçkilərində hakim partiyanın namizədi olmağa hazırlaşır
# 10 fevral 2011 11:21 (UTC +04:00)
Bakı-APA. “Türkiyə parlamentinə seçkilərdə namizədliyimi hakim Ədalət və İnkişaf Partiyasından irəli sürmək niyyətindəyəm”. Bu açıqlamanı APA-ya İğdırın sabiq bələdiyyə başqanı Nurəddin Aras verib. O bildirib ki, prosedura əsasən, seçkilərə hansısa partiyanın namizədi kimi qatılmaq istəyənlər həmin partiyaya rəsmi müraciət edirlər və partiya daxil olan müraciətləri araşdıraraq iddiaçılar sırasından layiq bildiyi şəxsləri namizəd olaraq irəli sürür. Nurəddin Aras seçkilərə hakim AKP-nin namizədi kimi qatılmaq istədiyini deyib: “Mən 10 il İğdırda bələdiyyə başqanı olmuşam, son bələdiyyə seçkilərinə də AKP-nin namizədi kimi qatıldım. İğdır Azərbaycan türklərinin çoxluq təşkil etdiyi bir bölgədir, təbii ki, siyasi partiyalar bu amili nəzərə alaraq əsas diqqəti azərbaycanlı namizəd üzərində cəmləşdirirlər. Bələdiyyə başqanı olduğum müddət ərzində İğdır üçün hansı işlər gördüyümü hər kəs bilir. Təəssüf ki, son bələdiyyə seçkilərində Azərbaycan türklərinin səslərinin parçalanması soydaşlarımızın çoxluq təşkil etdiyi İğdırda DTP namizədinin bələdiyyə başqanı seçilməsi ilə nəticələndi. Səslərin parçalanmasında günahı olan hər kəs artıq geriyə baxaraq səhvlərini etiraf edir və İğdırımız üzərindən bu ləkəni parlament seçkilərində silməli olduğumuza inanır. İğdırlılar bu inamında israrlıdır və onların mənə olan inamı doğrultmaq üçün seçkilərdə namizəd olmağa qərar verdim və namizədliyimi AKP-dən irəli sürmək üçün partiyaya rəsmi müraciət edəcəyəm”.

Qeyd edək ki, bölgədə Azərbaycan türklərinin nüfuzlu simalarından olan Nurəddin Aras 1999 və 2004-cü illərdə keçirilən seçkilərdə qalib gələrək 10 il İğdır bələdiyyə başqanı olub. Azərbaycanla münasibətlərə həmişə böyük önəm verən Nurəddin Arasın təşəbbüsü və dəstəyi ilə hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar Avropa ölkələrində beynəlxalq konfranslar keçirilir. Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşı çıxan Nurəddin Aras İğdırın Azərbaycanla, xüsusilə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası ilə əlaqələrinin genişləndirilməsində önəmli rol oynayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR