Bank Of Baku

Dünya Azərbaycanlılarının III qurultayının vaxtı açıqlanıb

Dünya Azərbaycanlılarının III qurultayının vaxtı açıqlanıb
# 11 fevral 2011 13:35 (UTC +04:00)
Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, qurultayda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm adamları, ictimai və mədəniyyət xadimləri, iş adamları iştirak edəcək. Bundan başqa, milliyyətcə azərbaycanlı olmayan Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alim və ziyalılar, dövlət rəsmiləri, siyasi partiyaların təmsilçiləri, parlament üzvlərinin də Qurultaya qonaq qismində dəvət olunması planlaşdırılır.
Toplantıda Dünya azərbaycanlılarının II qurultayından keçən dövr ərzində görülmüş işlər müzakirə olunacaq, eyni zamanda Azərbaycan diasporunun müasir dövrdə qarşısında duran vəzifələr, gələcək fəaliyyət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq.
Diasporla Iş üzrə Dövlət Komitəsində Dünya azərbaycanlılarının III qurultayının təşkili ilə bağlı Tədbirlər planı hazırlanmış və İşçi qrup yaradılıb.
Qurultaya hazırlığın gedişi ilə bağlı KİV-ə müntəzəm olaraq məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR