Bank Of Baku

Marneulidə Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib

Marneulidə Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib
# 12 fevral 2011 14:34 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzində Şimali Kipr Yaxın Doğu Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Mərkəzin mətbuat xidmətinin katibi Nərgiz Əliyeva APA-ya bildirib ki, ötən ilin sentyabr ayında Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə Şimali Kipr Yaxın Doğu Universiteti arasında bağlanmış müqaviləyə əsasən baş tutan layihə əsasında həmin universitetə 18 azərbaycanlı tələbə qəbul olunub: “Qış tətilində vətənə dönən tələbələri bir araya toplayan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbərliyi onların həyat tərzi və təhsili, eyni zamanda istəkləri ilə maraqlanıb. Mərkəzin rəhbəri Fazil Həsənov ümidvar olduğunu bildirib ki, Yaxın Doğu Universitetində təhsil alan gənclər bilikli və savadlı kadr kimi vətənə dönüb Gürcüstanın müxtəlif idarə və təşkilatlarında, dövlət strukturlarında çalışacaqlar”.

Tələbələrdən Rəna Tomayeva, İntiqam Zeynalov, Səbinə Rüstəmova, Mirzə Darğallı, Hikmət Yusubov onları narahat edən problemlərdən söz açıblar: “İlk günlər xaricdə yaşamaq bizim üçün çox çətin idi. Amma sonra buna alışdıq. İndi bəzi cüzi məişət problemlərimiz mövcuddur. Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən verilən 300 ABŞ dolları məbləğində təqaüd ehtiyaclarımızı ödəyir. Biz Azərbaycan dövlətinə və Diasporla İş üzrə Dövlət Komitəsinə bu qayğıya görə minnətdarlığımızı bildiririk”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR