Bank Of Baku

Marneulidə Azərbaycanlıların Mədəniyyət Mərkəzində xaricdə təhsil alan gənclərlə görüş keçirilib

Marneulidə Azərbaycanlıların Mədəniyyət Mərkəzində xaricdə təhsil alan gənclərlə görüş keçirilib
# 14 fevral 2011 07:33 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Marneulidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) Şimali Kipr Yaxın Doğu Universitetində təhsil alan gənc soydaşlarımızla görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, AMM-in mətbuat xidmətinin katibi Nərgiz Əliyeva bildirib ki, ötən ilin sentyabr ayından Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkialtçılığı, Diasporla İş üzrə Dövlət Komitəsi ilə Şimali Kipr Yaxın Doğu Universitetinin arasında bağlanmış müqaviləyə əsasən baş tutan layihə əsasında həmin universitetə 18 nəfər tələbə qəbul olunub. Qış tətilində vətənə dönən tələbələri bir araya toplayan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbərliyi onların təhsili və arzuları ilə maraqlanıb. Tədbirdə çıxış edən AMM-in rəhbəri Fazil Həsənov ümidvar olduğunu bildirib ki, Yaxın Doğu Universitetində təhsil alan gənclər bilikli, savadlı və əhatəli bir kadr kimi vətənə dönüb Gürcüstanın müxtəlif idarə və təşkilatlarında, dövlət strukturlarında çalışacaqlar.
Tədbirdə qocaman müəllim Yusif Yusifli, Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqının sədri Leya Məmmədova, valideyn Mahir Dərziyev və başqaları çıxış ediblər.
Görüşdə tələbələrdən Rəna Tomayeva, İntiqam Zeynalov, Səbinə Rüstəmova, Mirzə Darğallı, Hikmət Yusubov onları narahat edən problemlərdən söz açıblar: "İlk günlər xaricdə yaşamaq bizim üçün çox çətin idi. Amma sonra biz buna öyrəşdik. İndi bəzi cüzi məişət problemlərimiz mövcuddur, dərsə davamiyyətdə də nöqsanlarımız var. Bunlar sağlamlığımızla əlaqədar olub".
Tələbələr Azərbaycan dövlətinə onlara göstərilən bu etimad üçün təşəkkürlərini bildiriblər: "Bizə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 300 ABŞ dolları məbləğində verilən təqaüd bütün ehtiyaclarımızı ödəyir. Biz Azərbaycan dövlətinə və Diasporla İş üzrə dövlət Komitəsinə bu qayğıya görə minnətdarlığımızı bildiririk. Ümid edirik ki, bu layihə öz səmərəsini verəcək və gələcəkdə daha çox azərbaycanlı gənclər Yaxın Doğu Universitetinə qəbul olub, hazırlıqlı kadr kimi Gürcüstana dönəcəklər".
Sonda AMM-in rəhbəri Fazil Həsənov tələbələrin bütün problemlərinin həll olunacağını bildirib.
Görüşdə valideynlər, ziyalılar, KİV və QHT nümayyəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR