Bank Of Baku

Yaponiyanın Gürcüstandakı səfiri Marneuliyə səfər edib - FOTO

Yaponiyanın Gürcüstandakı səfiri Marneuliyə səfər edib - <font color=red>FOTO</font>
# 16 fevral 2011 15:37 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Yaponiyanın Gürcüstandakı səfiri Masayoşi Kamoxara azərbaycanlıların kompakt yaşadığı Marneuli bölgəsinə səfər edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfirin Marneuliyə səfərində məqsəd kənd təsərrüfatının inkişafı üçün yeni layihənin həyata keçirilməsi olub. Belə ki, Yaponiya səfirliyinin dəstəyi ilə azərbaycanlıların yaşadığı Quşçu kəndinə iki traktor, kotan və traktor qoşquları verilib.

Layihənin həyata keçirilməsi ilə bağlı keçirilən toplantıda səfirlə yanaşı, Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Marneuli rayon icra hakimiyyətinin rəhbəri Zaza Dekonoidze və QHT nümayəndələri də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR