Bank Of Baku

Karabakh Foundation ABŞ-da “Qarabağ: Keçmişə və Gələcəyə Baxış” adlı yeni təqvim çap edib

Karabakh Foundation ABŞ-da “Qarabağ: Keçmişə və Gələcəyə Baxış” adlı yeni təqvim çap edib
# 18 fevral 2011 14:09 (UTC +04:00)
Fonddan APA-ya verilən məlumata görə, “Qarabağ: Keçmişə və Gələcəyə Baxış” adlanan bu təqvim Azərbaycanın Qarabağ regionunun keçmişini və özünəməxsus ruhunu ifadə edir. Qarabağın gözəl şəkillərini əks etdirən təqvim Azərbaycan xalqının sevimli musiqi, rəqs, mətbəx və adət-ənənələri haqqında dünyanı məlumatlandırır. Fond tərəfindən seçilmiş mövzular Qarabağın Azərbaycan mədəniyyətində əhəmiyyətli yer tutduğunu göstərir.
Bu link ilə Qarabağ fondunun internet mağazasına (www.karabakhfoundation.org/pages/shop/) daxil olub təqvim və digər satışda olan əşyaları əldə etmək olar. Təqvim ABŞ-da çatdırılma ilə birgə 13 dollara satılır.
Xatırladaq ki, Qarabağ Fondu 2009-cu ilin noyabr ayında ABŞ-da yaradılıb və qeyri-hökümət təşkilatlarına verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu müxtəlif sərgilər, kitabların nəşri, ictimai proqramlar, forumlar, mübadilə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR