Bank Of Baku

Azərbaycan diasporu Corc Mason Universitetində ermənilər tərəfindən təşkil olunmuş Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş tədbirin qarşısını alıb

Azərbaycan diasporu Corc Mason Universitetində ermənilər tərəfindən təşkil olunmuş Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş tədbirin qarşısını alıb
# 19 fevral 2011 10:07 (UTC +04:00)
APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, tədbirdə qondarma “DQR-in Vaşinqton nümayəndəsi” kimi təqdim edilən Robert Avetisyannın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzəsi nəzərdə tutulub, lakin Azərbaycan diasporunun nümayəndələri sivil qaydada tədbirə müdaxilə ediblər.

Tədbirdən əvvəl də Azərbaycan diasporu bir neçə addım atıb. Onlar Corc Mason Universitetinin rəhbərliyini üzərində “Azərbaycan soyqırımın günahkarıdır” sözləri yazılmış lövhəni yığışdırmağa və Avetisyanın “DQR-nın rəsmi nümayəndəsi” olduğu yazılan elanı dəyişməyə məcbur ediblər.

Fevralın 24-də də Azərbaycan diasporunun nümayəndələri eyni yerdə analoji tədbir keçirəcəklər. Tədbirdə Qafqaz Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Rövşən İbrahimovun və Amerika Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi Bədir Məmmədlinin məruzələri dinləniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR