Bank Of Baku

Osloda Azərbaycan dilinin təbliği ilə bağlı tədbir keçirilib

Osloda Azərbaycan dilinin təbliği ilə bağlı tədbir keçirilib
# 21 fevral 2011 15:46 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Osloda Norveçdə yaşayan Azərbaycanlıların İş Birlik Komitəsi tərəfindən ana dili mövzusunda geniş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə Güney Azərbaycanda ana dili, təhsil, eləcə də İrandakı bugünkü siyasi proseslər barədə geniş fikirlər söylənilib.

Tədbiri keçirməkdə əsas məqsəd dilimizin inkişafı və İran dövlətində rəsmiyyətə alınmasından ibarət olub. Həmçinin mərasimə Güney Azərbaycanı təmsil edən siyasi xadimlər, partiya liderləri və Türkiyənin Norveçdəki səfirliyinin nümayəndələri də təşrif buyurublar. Öz fikirləri ilə dinləyiciləri maraqlandıran və suallara ətraflı cavab verən Güney Azərbaycan Qurtuluş Partiyasının lideri Eldar Qaradağlı və digərləri ana dili mövzusunda geniş fikirlər səsləndirmişlər.

Sonda tədbir iştirakçılarına müvafiq diplomlar paylanıb və Azərbaycan musiqi inciləri səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR