Bank Of Baku

Qənirə Paşayeva İzmirdə Xocalı Soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmasını təklif edib

Qənirə Paşayeva İzmirdə Xocalı Soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmasını təklif edib
# 24 fevral 2011 07:06 (UTC +04:00)
APA-nın məlumatına görə, bu təklifi millət vəkili Qənirə Paşayeva Türkiyənin ən böyük şəhərlərindən biri olan İzmirdə Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı səsləndirib. Qənirə Paşayeva bildirib ki, İsparta bələdiyyəsinin sədri Yusuf Ziya Günaydın onun Xocalı Soyqırımı qurbanlarına xatirəsinə bu şəhərdə abidə qoyulması təklifini müsbət qarşılayıb və yaxın zamanlarda İspartanın mərkəzində bu abidə ucaldılacaq: “Biz çox istəyərdik ki, İsparta bələdiyyəsinin bu qərarına İzmir şəhəri də qoşulsun və yaxın zamanlarda İzmirin mərkəzində Xocalı Soyqırımı qurbanlarının xatirəsinə anım abidəsi qoyulsun”.

Millət vəkili deyib ki, Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq abidə dünyaya Azərbaycan-Türkiyə qardaşlığının əbədi olması, Türkiyənin bu məsələyə həssaslığını nümayiş etdirməklə yanaşı “Ermənistanın, ermənilərin dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımları, Xocalı soyqırımını artıq görün və tanıyın” mesajını da verəcək: “Eyni zamanda bu, böyüyən gənc nəsillərin tariximizi daha yaxından bilməsi və ona daha çox sahib çıxması üçün də vacib və əhəmiyyətlidir”. Millət vəkili həmçinin İzmir bələdiyyəsi tərəfindən Xocalı Soyqırımının rəsmi tanınmasını da təklif edib və bunun vacibliyi və əhəmiyyətindən danışıb. Millət vəkilinin təklifləri tədbirdə iştirak edən izmirlilər tərəfindən alqışlarla qarşılanıb.

Qənirə Paşayeva vurğulayıb ki, Ermənistanın Azərbaycanlılara qarşı törətdiyi soyqırımın bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində harada yaşamasından asılı olmayaraq bütün Türklər, Türk dünyası Azərbaycanla birgə çalışmalı və səylərini daha artırmalıdırlar: “Xocalı soyqırımı Türklərə qarşı törədilmiş bir soyqırımı olaraq bütün Türk dünyasının problemidir və bu soyqırımı törədənlərin öz layiqli cəzalarını alması, dünyanın bu soyqırımı pisləməsi və tanıması istiqamətində bütün Türk dünyası fəal iş aparmalıdır. Harada yaşamasından asılı olmayaraq özünə hörməti edən heç bir Türk, heç bir türk toplumu və dövləti Ermənistanla əməkdaşlıq etməməlidir”.

Qənirə Paşayeva Türk gəncliyini Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR