Bank Of Baku

Strasburqda səfərdə olan Azərbaycan nümayəndə heyəti Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarlığında görüşlər keçirib

Strasburqda səfərdə olan Azərbaycan nümayəndə heyəti Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarlığında görüşlər keçirib
# 24 fevral 2011 13:42 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar Strasburqa gəlmiş Milli Məclisin üzvü Fuad Muradov, Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Azərbaycan və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov və “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Cavid Əliyev, Avropa Türkləri və Azərbaycanlıları Federasiyasının təsisçisi və sabiq baş katibi, Abbas Bozyel bir neçə görüş keçiriblər. APA-nın Avropa bürosunun məlumatına görə, nümayəndə heyəti dünən Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarlığının şöbə müdiri Bojana Urumova ilə görüşüb. Görüşdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər və Xocalı soyqırımı barədə xanım Urumovaya ətraflı məlumat verən Azərbaycan nümayəndə heyəti bu məsələlərin əyani sübutu kimi Komissarlığa kitablar və materiallar da təqdim ediblər. Bundan başqa Xocalı soyqırımını öz gözləri ilə görmüş və bu vəhşi qətliamın şahidi olmuş Cavid Əliyev 1992-ci il fevral ayının 26-sına keçən gecə baş verən qətliyam barədə xanım Urumovaya məlumat verib.

Nümayəndə heyətinin üzvləri dünən Strasburqda fəaliyyət göstərən COJEP adlı ən böyük türk dərnəyinin sədri Əli Gərikoölu ilə görüşüblər. ATXƏM sədri İlham İsmayılovun sözlərinə görə, Strasburq və ona yaxın şəhərlərdəki türk icmaları ilə görüşlərdə əsas məqsəd Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı kimi ümummilli məsələlərdə onların dəstəyini qazanmaqdır. Bu il fevral ayının 26-da Strasburqda keçiriləcək Xocalı soyqırımına dair nümayişdə daha çox insanın toplaşacağı gözlənilir. Bu gün isə Strasburq bələdiyyəsində və daha sonra Türk Ailələri Federasiyası ilə də mühüm görüşlər keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR