Bank Of Baku

DAK İdarə Heyətinin iki üzvü cəzalandırılıb, bir üzvünə isə ciddi xəbərdarlıq olunub

DAK İdarə Heyətinin iki üzvü cəzalandırılıb, bir üzvünə isə ciddi xəbərdarlıq olunub
# 24 fevral 2011 14:15 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Ankarada Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznianın rəhbərliyi altında təşkilatın İdarə Heyətinin növbəti iclası keçirilib. DAK-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqda Güney Azərbaycanda, Türk Dünyasında və beynəlxalq aləmdə baş verən proseslər, təşkilatdaxili məsələlər, 2011-ci il üçün fəaliyyət proqramı və DAK-ın 4-5 dekabr 2010-cu il tarixində Almaniyanın Bonn şəhərində keçirilmiş XI Qurultayından sonrakı üç aylıq fəaliyyəti müzakirə edilib. Qurultaydan ötən üç ay müddətində DAK-ın fəaliyyəti barədə təşkilat həmsədrlərinin məlumatı dinlənilib, görülən işlər qurumun İdarə Heyəti tərəfindən məqbul qiymətləndirilib.

DAK Nəzarət-Təftiş Komissiyasından daxil olan məlumata əsasən, təşkilatın İdarə Heyətinin üzvləri Bəhruz Həqqinin, Fəramərz Quluzadənin və Hüseyn Vüsuqinin fəaliyyətləri müzakirə olunub. Onların DAK-ın Nizamnaməsinin tələblərinə uyğun olmayan fəaliyyətləri, buraxdıqları səhvlər qeyd edilib və təşkilatın İdarə Heyətinin üzvlərinin digər arqumentləri də nəzərə alınaraq, Bəhruz Həqqi və Fəramərz Quluzadənin qurumun İdarə Heyətinin üzvü kimi fəaliyyətləri növbəti qurultaya qədər dondurulub, Hüseyn Vüsuqiyə isə ciddi xəbərdarlıq edilib.

Bundan əlavə, DAK-ın Rusiya nümayəndəliyinin rəhbəri Mirəşrəf Fətiyev öz xahişi ilə vəzifəsindən azad edilib. Bu vəzifənin icrası müvəqqəti olaraq DAK İdarə Heyətinin üzvü Tahir Hacıyevə tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR