Bank Of Baku

Kiyevdə “Xocalı - tarixin silə bilmədiyi yaddaş” bülleteni nəşr olunub

Kiyevdə “Xocalı - tarixin silə bilmədiyi yaddaş” bülleteni nəşr olunub
# 24 fevral 2011 14:56 (UTC +04:00)
Bakı - APA. Xocalı soyqırımı erməni hərbi birləşmələrinin Azərbaycan vətəndaşlarına qarşı törətdiyi humanitar fəlakətdir. APA-nın xəbərinə görə, bunu Ukraynanın paytaxtı Kiyevdə keçirdiyi mətbuat konfransında “Demokratiyanın Nəbzi” Beynəlxalq İctimai Təşkilatının prezidenti Hikmət Cavadov bəyan edib.

Tədbirdə təşkilatın nəşr etdirdiyi “Xocalı - tarixin silə bilmədiyi yaddaş” bülleteninin də təqdimatı olub. Ukraynanın KİV nümayəndələri Xocalı soyqırımını törədənlərin hələ də cəzalandırılmaması barədə də məlumatlandırılıblar.

Mətbuat konfransında Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları da iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR