Bank Of Baku

DAK “Ana dili” gününə həsr olunan tədbir keçirib

DAK “Ana dili” gününə həsr olunan tədbir keçirib
# 24 fevral 2011 15:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyi “Ana dili” gününə həsr olunan tədbir keçirib. APA-nın məlumatına görə, DAK həmsədri Paşa Qəlbinur ana dilinin Azərbaycan xalqı üçün əhəmiyyətindən danışıb. O deyib ki, xalq ana dilini qoruyub saxlamaqla, Şimali Azərbaycanda rus, Cənubi Azərbaycanda isə fars şovinizminə qarşı zaman-zaman mübarizə aparıb.

İranda 35 milyondan artıq Azərbaycan türkünün ana dili ilə bağlı problemlərinə də toxunan P. Qəlbinur bildirib ki, azərbaycanlıların bu ölkədə doğma dilində təhsil imkanları da məhdudlaşdırılıb.

Tədbirdə çıxış edən digər şəxslər də İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaları ilə bağlı qarşılaşdıqları problemlərdən söz açıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR