Bank Of Baku

“Xocalıya Ədalət” kampaniyası çərçivəsində Çexiyada tədbirlər keçirilir - FOTO

“Xocalıya Ədalət” kampaniyası çərçivəsində Çexiyada tədbirlər keçirilir - <font color=red>FOTO</font>
# 25 fevral 2011 11:15 (UTC +04:00)
Bakı-APA. Milli QHT Forumu və Beynəlxalq Diaspora Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Çexiyanın Brno şəhərində fəaliyyət göstərən Massarik Universitetinin rəhbərliyi, professor, müəllim və tələbə heyəti ilə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində toplantı keçirilib. APA-nın məlumatına görə, toplantıda çıxış edən Brno Texnoloji Universitetinin professoru cənab Oldrik Saşinka XX əsrin ən dəhşətli faciəsi olan Xocalı Soyqırımının tarixi, mahiyyəti, erməni vandalizmi və torpaqlarımızın işğal edilməsi, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib. Sonra Xocalı Soyqırımı haqqında ingilis dilində sənədli film nümayiş etdirilib. Brno Texnoloji Universitetinin professoru cənab İvan Meznik yuxarıda qeyd olunanlar və Azərbaycana səfəri haqqında ətraflı və ədalətli mövqeyini bildirərək Azərbaycanın haqlı olduğunu xüsusi vurğulayıb. Massarik Universitetinin professoru Frantichek Chapka da Xocalı soyqırımı, həmçinin Azərbaycan tarixi ilə bağlı məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbirin sonunda Milli QHT Forumunun rəhbəri Rauf Zeyni və millət vəkili Gülər Əhmədova tələbələri maraqlandıran sualları cavablandırıblar. Günün ikinci yarısında Brno Texnoloji Universitetində analoji tədbir keçirilib.”Xocalıya Ədalət” kampaniyası çərçivəsində tədbirlər Praqa və Vyana şəhərlərində davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR