Bank Of Baku

Berlində Xocalı soyqırımına həsr edilmiş nümayiş keçirilib - FOTO

Berlində Xocalı soyqırımına həsr edilmiş nümayiş keçirilib - <font color=red>FOTO</font>
# 26 fevral 2011 16:31 (UTC +04:00)
Bakı – APA. Berlinin mərkəzi meydanlarından olan Braytşaydplatzda yerləşən Sınıq Kilsənin qarşısında Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar böyük nümayiş keçirilib.

Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiya Berlində fəaliyyət göstərən Azərbaycan Evi, Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi tərəfindən təşkil olunub.

Nümayişdə Xocalı faciəsini əks etdirən fotomateriallardan, “Xocalıya Ədalət” kampaniyasının şüarları istifadə olunub, informasiya vərəqələri yayımlanıb. Xocalı haqqında həqiqətləri işıqlandıran yazılı material Almaniya ictimaiyyətinə paylanıb. Mitinqdə eyni zamanda Xocalı qətliamına dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsinə dair bəyanat-çağırış oxunub.

Nümayişdə Azərbaycandan Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, Almaniyada yaşayan Azərbaycan Diasporu cəmiyyətlərinin fəalları, Türk və Yəhudi diasporlarının nümayəndələri iştirak etmişdir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR