Bank Of Baku

Azərbaycan diasporunun nümayəndələri Parisdə Ermənistan səfirliyi qarşısına yürüş ediblər

Azərbaycan diasporunun nümayəndələri Parisdə Ermənistan səfirliyi qarşısına yürüş ediblər
# 26 fevral 2011 16:41 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycan Fransız Gənclik Assosiasiyasının təşəbbüsü və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə keçirilən aksiyaya Paris və digər şəhərlərdə təhsil alan tələbələrlə yanaşı, Azərbaycan diasporunun nümayəndələri də qoşulublar.
Üç saatdan artıq davam edən nümayişdə Xocalı faciəsi və “Xocalıya Ədalət” kampaniyası ilə bağlı şüarlar altında “Xocalı uşaqların gözü ilə” adlı rəsm sərgisi təqdim edilib.
Qarabağ həqiqətlərini Fransa və dünya ictimaiyyətinə çatdırmaq məqsədilə tariximizin qanlı səhifələrini özündə əks etdirən maarifləndirici materiallar şəhər sakinlərinə paylanılıb. Soyqırımı təsdiq edən imzalar toplanaraq Fransa Milli Assambleyasına təqdim edilib. Daha sonra isə tədbir aksiya iştirakçılarının “Xocalıya Ədalət!”, “Qarabağa azadlıq!” şüarları səsləndirərək, Ermənistanın Fransadakı səfirliyinin qarşısına yürüş etməsi ilə başa çatıb.
Xocalı faciəsi ilə bağlı Fransadakı silsilə tədbirlər çərçivəsində Parisin “Madlen Killsəsi”ndə Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə rəsmi anım mərasimi keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR