Bank Of Baku

Almaniyada Xocalı soyqırımının tanıdılması məqsədilə məktublar yayımlanıb

Almaniyada Xocalı soyqırımının tanıdılması məqsədilə məktublar yayımlanıb
# 26 fevral 2011 17:01 (UTC +04:00)
Bakı - APA. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar Almaniya Bundestaqına, dövlət və qeyri-dövlət idarələrinə, fəaliyyət göstərən siyasi partiyaların fraksiyalarına, siyasi fondlar, mətbuat vasitələrinə və Almaniyanın digər diaspor təşkilatlarına bu dəhşətli faciənin həqiqətlərini açıqlayan məlumat məktubları göndərib.

Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 120-yə qədər təşkilata ünvanlanmış bu məktublarda Xocalı soyqırımının müasir dövrdə bəşəriyyətə, insanlığa qarşı yönəldilmiş ən qanlı cinayətlərdən biri olduğu qeyd edilmiş, erməni işğalçıları tərəfindən Xocalının dinc sakinlərinin vəhşicəsinə qətlə yetirildiyi bəyan edilib.

Məktub “Xocalıya Ədalət” kampaniyasının fəaliyyətini və məlumatlandırıcı mahiyyətini vurğulayıb və bu kampaniyanı təqdim edib, sülh və əmin-amanlığın yalnız Xocalı faciəsinin soyqırımı kimi tanınması nəticəsində mümkünlüyü bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR