Bank Of Baku

Böyük Britaniyada “Liverpul Azərbaycan Cəmiyyəti” təsis olunub

Böyük Britaniyada “Liverpul Azərbaycan Cəmiyyəti” təsis olunub
# 28 fevral 2011 08:31 (UTC +04:00)
Bakı-APA. Böyük Britaniyanın Liverpul şəhərində təhsil alan 3 azərbaycanlı magistr və 1 bakalavr tələbə tərəfindən “Liverpul Azərbaycan Cəmiyyəti” (LAC) təsis edilib. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. İlkin mərhələdə Liverpul şəhərində daimi və müvəqqəti əsaslarla yaşayan azərbaycanlıların icması olacaq cəmiyyətə artıq ilk təsis günündən 10 azərbaycanlı qoşulub.

Qeyd olunub ki, LAC-nin əsas məqsədi Liverpulda yaşayan azərbaycanlılar arasında şəbəkələşməni sürətləndirmək və bu şəhərdə Azərbaycanın tarixini, mədəniyyətini təbliğ etməkdən ibarət olacaq. Hazırda təşkilatın rəsmi olaraq Liverpulda diaspor təşkilatı kimi qeydiyyata alınması istiqamətində tələbələr tərəfindən lazımi prosedurlar həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR